Xarkovun Azadlıq meydanı bombalandı - VİDEO

11:26 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Xarkov şəhərinin mərkəzində Xarkov vilayət administrasiyasının binasının yaxınlığına zərbə endirilib.

Hafta.az  bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, zərbə nəticəsində binalardan birinə böyük ziyan dəyib. Hər hansı itkilər barədə məlumat verilməyib.

Eyni zamanda, bu gün səhər saatlarında Sumı vilayətinin Axtırka şəhərində hərbi hissəyə endirilən zərbə nəticəsində 70 Ukrayna hərbçisi həlak olub. Bu barədə Sumı vilayətinin rəhbəri Dmitro Jivitski bildirib.